BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7789
  • RUB
    1.619
  • TRY
    0.0486
  • GBP
    2.1528
61436

Gürcüstanın altıncı prezidenti, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının namizədi, parlamentin keçmiş deputatı Mixeil Kavelaşvili seçilib. 

Valyuta.Az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin rəsmi saytında birbaşa yayımlanan səslərin hesablanmasının nəticələri göstərilib. 

Mixeil Kavelaşvili 300 seçici arasından 224 kollegiya üzvünün səsini qazanıb. Birinci turda qalib gəlmək üçün ona üçdə iki səs toplamaq tələb olunurdu. 

M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Mixail Kavelaşvili futbol üzrə Gürcüstan milli komandasının keçmiş hücumçusudur. 2016-cı ildən Gürcüstan parlamentinin üzvüdür. 20 mart 2024-cü ildən Xalqın Gücü Partiyasının siyasi katibidir.

Kavelaşvili 22 iyul 1971-ci ildə Bolnisidə anadan olub. 1989-cu ildə Tiflis Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 1990-cı ildə onun uğurlu idman karyerası başlayıb.

1988-ci ildən 1995-ci ilə qədər futbolçu Tiflis "Dinamo"sunda çıxış edib, daha sonra Vladiqafqazın "Alaniya"sına keçib, "Mançester Siti", "Qraşofer" və bir sıra digər Avropa klublarında çıxış edib.

O, peşəkar məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün UEFA lisenziyasına malikdir və futbol sahəsində mütəxəssisdir. 

Kavelaşvili bir neçə deputatla birlikdə 2022-ci il iyunun 28-də "Gürcü Arzusu"nu tərk edib. Deputatlar bu qərarı əsasən dəstəklədikləri hakim partiyanı yöndəmsiz vəziyyətə salmadan öz fikirlərini sərbəst ifadə etmək istəyi ilə izah ediblər. "Xalqın Gücü" dəfələrlə ABŞ səfirliyi və keçmiş səfir Kelli Deqnanı Gürcüstanda qondarma "ikinci cəbhə" açmaq, "Gürcü Arzusu"nu devirmək və Vahid Milli Hərəkatı hakimiyyətə qaytarmaq istəməkdə ittiham edib. Partiya üzvləri anti-Qərb bəyanatları ilə tanınırlar.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qlobal elektromobil bazarı: Avropanın tənəzzülü fonunda Çinin tərəqqisi - "Euronews"

C.Koreyadan iqlim texnologiyalarına 2,7 trilyonluq sərmayə

Məşhur milyarderdən tövsiyə: "Rəqəmsal qızıla - "Bitcoin"ə - keçin"

Bu sahəyə ayrılan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır

"Pizza.com" domenini 20 dollara satın alaraq milyonçu olan adam - SƏHƏR OXUSU

"Pizza.com" domenini 20 dollara satın alaraq milyonçu olan adam - SƏHƏR OXUSU

İctimai nəqliyyat vasitələrimiz buzlu yollara hazırdırmı?

"Mango"nun qurucusu dağ gəzintisində dünyasını dəyişdi

"Mango"nun qurucusu dağ gəzintisində dünyasını dəyişdi

Elektrik benzinə qalib gələ bilmir

Akselerasiya proqramları çərçivəsində 65 startap MVP səviyyəsinə çatıb

"Tesla" səhmləri "Tramp effekti" ilə rekord həddə çatdı - "Yahoo Finance"

"BMT"nin demoqrafiya proqnozları - 10 milyardı keçəcək

ABŞ-da "TikTok" üçün geri sayım başladı - "Reuters"

İxtisası yaratdıq, qaldı kadrı tapmaq

General Aqşin Kazımova yeni vəzifə verildi

Gürcüstanın yeni prezidenti açıqlandı (FOTO)

Gələn ilin dövlət büdcəsinə ən çox artımın olacağı sahə məlum olub

Dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır – QİYMƏTLƏR

Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb

Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırıldı

Gələn il üçün nəzərdə tutulan xarici yardımların həcmi 2 dəfədən çox artırılır

Gələn il üçün nəzərdə tutulan xarici yardımların həcmi 2 dəfədən çox artırılır

Azərbaycanda Kürü problemi: “Çin kürüsü yerli istehsal adı ilə satılır”

Neftimiz bahalaşıb

Bu agentlik 69 milyon manatlıq mal-qara alır

Nazir rəisi işdən çıxardı - Yeni təyinat (FOTO)

Bakıda “Sıfıra doğru” şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir

Almaniya dondurduğu Rusiya aktivlərinin həcmini açıqlayıb

Zəngin olmaq istəyənlərin oxumalı olduğu 5 kitab - KİTABÇI

Zəngin olmaq istəyənlərin oxumalı olduğu 5 kitab - KİTABÇI

Sulu qar, qar yağır, külək güclənib - FAKTİKİ HAVA

"FED"in 2025 planı: Faiz dərəcələri yenidən enəcəkmi? - "Bloomberg"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin