Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırıldı
Cənubi Koreyada müxalifət partiyalarının dövlət başçısı Yun Sok Yolun (Yoon Suk Yeol) 3 dekabr gecəsi uğursuz hərbi vəziyyət elan etməsi səbəbilə vəzifəsindən uzaqlaşdırılması üçün parlamentə təqdim etdikləri yeni təklif səsvermə yolu ilə qəbul edilib.
Valyuta.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, millət vəkilləri təklifin müzakirə olunacağı iclas üçün bu gün Milli Məclisdə toplaşıblar. Dövlət başçısı Yun, hərbi vəziyyət qərarının konstitusiyanı pozduğu üçün vəzifəsindən azad edilib.
Əsas müxalif Demokrat Partiyası və beş kiçik müxalifət partiyası, Yunun hərbi vəziyyət elanını konstitusiyaya və qanunlara zidd hesab edərək dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması üçün yeni bir təklif hazırlayıb parlamentə təqdim etmişdi.
300 yerlik parlamentdə 204 millət vəkili dövlət başçısının uzaqlaşdırılması lehinə səs verərək təklifin qəbul edilməsi üçün tələb olunan üçdə iki səs çoxluğunu təmin edib. 85 millət vəkili isə təklifin əleyhinə səs verib.
İttihama dair sübutları dinləyib qiymətləndirmək üçün məhkəmə tərəfindən iclas keçiriləcək. Bu prosesin yekununda məhkəmə qərarı təsdiqləmək və ya rədd etmək üçün 6 ay müddətində qərar verməlidir. Məhkəmədəki 9 hakimdən 6-sının qərarı təsdiqlədiyi halda lider vəzifəsindən uzaqlaşdırılacaq.
Yun hazırda vəzifədən kənarlaşdırılıb. Baş nazir Han Duk Sun (Han Duck-soo) Konstitusiya Məhkəməsinin 180 gün ərzində qərar verənədək müvəqqəti lider kimi vəzifəyə başlayacaq. Əgər məhkəmə Yunun uzaqlaşdırılmasını qəbul edərsə, 60 gün ərzində erkən prezident seçkisi keçiriləcək.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay