Britaniyalı fermerlər yeni miras vergisinin ləğvini tələb edir
10 mindən çox britaniyalı fermer London küçələri ilə yürüş edib və Britaniya parlamentinin qarşısında mitinq keçirərək, hakimiyyətin fermerlərə yeni miras vergisi tətbiq etmək qərarına etiraz ediblər.
Valyuta.az xəbər verir ki, fermerlər verginin çətin durumda olan ailə təsərrüfatları üçün "son damla" və "ölüm zərbəsi" olacağını deyirlər. Etirazlar zamanı hər hansı insident və ya həbslər barədə məlumat verilməyib.
Böyük Britaniyada təsərrüfatlar 1990-cı illərdən miras vergisindən azad edilib. İndi Kir Starmer hökumətinin noyabr ayında təqdim etdiyi büdcə bu vergi güzəştini ləğv edəcək. Hökumətin məlumatına görə, 2026-cı ilin aprelindən dəyəri 1 milyon funt-sterlinqdən çox olan fermer təsərrüfatları sahibinin ölümündən sonra fermanı varislərə keçirərkən 20% vergi ödəməlidir. Qanundakı bir sıra əlavə şərtlər aktivlərin vergidən azad dəyərini 3 milyon funt-sterlinqə qədər artırmağa imkan verir ki, qeyri-kənd təsərrüfatı torpaqlarına və əmlaka oxşar vərəsəlik vergisi indi 40% təşkil edir. Hökumət iddia edir ki, 20 faizlik təsərrüfat vergisinin tətbiqi büdcədə əvvəlki hökumətin buraxdığı boşluğu doldurmağa kömək edəcək və problemin həllinə balanslaşdırılmış yanaşmadır.
Hazırda İngiltərədə 210 min ferma var. Baş nazir Kir Starmer verginin onların 75%-nə təsir etməyəcəyini bildirib. Bununla belə, fermerlərin maraqlarını təmsil edən təşkilatlar hesab edir ki, vergi 70 min təsərrüfat üçün təhlükə yaradır. Fermerlər qeyd edirlər ki, sahib olduqları aktivlərin - torpaq, mal-qara, avadanlıqların dəyəri yüksək ola bilər, 3 milyon funt-sterlinqə və ya daha çox ola bilər, lakin bütün bunların onlara gətirdiyi gəlir çox aşağıdır.
Vergi aktivlərin dəyərinə görə hesablanır və on minlərlə gəlirdən bir neçə yüz min funt-strelinq vergi ödəmək mümkün deyil. Milli Fermerlər İttifaqının (NFU) bildirdiyinə görə, onların vergi dəyişikliyinə etirazı Böyük Britaniyanın geniş ictimaiyyəti tərəfindən dəstəklənir və 200 mindən çox britaniyalı hökumətin elan etdiyi tədbirlərə qarşı kampaniyaya dəstək verib. Birliyin rəhbəri Tom Bradşav nazirləri fermerlərə deyil, varlı torpaq sahiblərinə vergi tətbiq etmək strategiyası hazırlamaq üçün masaya gəlməyə çağırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay