Türkiyə "hər şey daxil" sistemini ləğv etməkdən niyə qorxur?
Türkiyədə kurort otelləri "hər şey daxil" sistemini ləğv etməyə hazır deyil, çünki bu, Rusiyadan gələn turistlərin tələbinin azalmasına səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə anonimlik şərti ilə müsahibə verən Antalyanın turizm sənayesindəki mənbə bildirib.
"Türkiyədə otellərdə "hər şey daxil" sisteminin ləğvi, şübhəsiz ki, turizm bazarına təsir edəcək. Bu tədbir Rusiya vətəndaşlarının Türkiyəyə səyahətə marağının azalmasına səbəb ola bilər", deyə nəşrin həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, turistlər oteli rahat və sərfəli "hər şey daxil" xidmətlərin mövcudluğuna əsasən seçirlər. Bu ləğv olunarsa, otellər qiymət siyasətlərinə yenidən baxa və Rusiya bazarının mümkün itkisini kompensasiya etmək təklifi verə bilərlər.
Antalya merinin turizm üzrə müşaviri Osman Ayık qeyd edib ki, Türkiyə mehmanxanalarında "hər şey daxil" sisteminin tamamilə ləğvi mümkün deyil. Lakin turistlərin müxtəlif tələbləri və tətil qiymətlərinin artması səbəbindən dəyişikliklər mümkündür,.
Noyabrın 16-da Türkiyə Kiçik Otelçilər Assosiasiyasının prezidenti Ertan Ustaoğlu bildirib ki, ölkə mehmanxanalarında "hər şey daxil" sistemi turistlərin demək olar heç vaxt otelləri tərk etməməsinə və daim yemək yeməsinə səbəb olub. Ustaoğlu hesab edir ki, istirahət edənlərin bu davranışı nəinki onların səhhətinə pis təsir edir, piylənmə riski yaradır, həm də ölkənin turizm potensialının tam şəkildə üzə çıxarılmasına mane olur. O, böyük otellərdə iaşənin təşkili üçün alternativ konsepsiya təklif edib - məsələn, bir neçə kiçik restoranın açılması.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay