BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7918
  • RUB
    0.017
  • TRY
    0.0494
  • GBP
    2.1451
59568

Gürcü fermerləri hökumətdən ölkəyə kivi idxalına nəzarətin gücləndirilməsini tələb edirlər. İstehsalçılar iddia edirlər ki, qeyri-kafi nəzarət səbəbindən İran meyvələri Gürcüstan məhsulu kimi Yaponiyaya ixrac olunur. 

Valyuta.az xəbər verir ki, bu barədə "Commersant.ge" məlumat yayıb.  

"İrandan idxal olunan kivini Gürcüstan məhsulu adı ilə Yaponiyaya satırlar. Belə bir-iki hal ola bilər ki, heç kim bunu bilməsin və görməzdən gəlsin. Amma sənin bir hektar belə kivi plantasiyanın yoxdursa, bəs necə bir neçə ton məhsulu ixrac edirsən?" - deyə Kivi İstehsalçıları Assosiasiyasının rəhbəri Demur Pipiya (Demur Pipiia) jurnalistlərə açıqlama verib.  

Fermerlər hökumətdən əvvəllər qəbul edilmiş, markalanma qaydalarını pozan ixracatçılara cərimələrin tətbiqini nəzərdə tutan qərarın icrasını tələb edirlər.  

"İran kiviləri idxal olunur və Gürcüstan sertifikatı ilə satılır. Qaydaların pozulması aşkar edildikdə ixracatçı bir neçə min lari məbləğində cərimə olunmalı idi, lakin belə hallara rast gəlinmir", - deyə Pipiya vurğulayıb.  

Kivi İstehsalçıları Assosiasiyasından bildirilib ki, onların ixracatçılarla birbaşa əlaqəsi yoxdur. Pipiya əmindir ki, düzgün dövlət idarəçiliyi ilə Gürcüstan yüksək keyfiyyətli kivini Yaponiyaya heç bir re-ixrac olmadan öz gücü ilə təmin edə bilər.  

"Bu, fermerlərin ayağa qalxmasına kömək edərdi", - o əlavə edib.  

Rəsmi statistika göstərir ki, bu il Gürcüstanda kivi idxalı tarixi maksimuma çatıb. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkəyə ümumi dəyəri 1,1 milyon dollar olan 1980 ton kivi gətirilib. Bu idxalın 96%-i, yəni 1904 tonu və 955,7 min dolları İrana məxsusdur.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk özəl hava limanı iqtisadiyyata hansı dividentlər qazandıracaq?

"Nvidia"nın nəticələri bazarları alt-üst edəcək

Bill Qeytsin ən çox sərmayə yatırdığı şirkətlər - SİYAHI

Sabah hava necə olacaq?

Windows üçün ChatGPT tətbiqi indi hamı üçün əlçatandır

Durğunluq olsa da, ucuzlaşma gözlənilmir

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb

ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

MOM bu şirkətdən 1,2 milyon tibbi mallar alacaq

İki şirkət gömrük qaydalarını pozduğuna görə cərimələn bilər

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

Hökumət müdaxilə etdi, Çin iqtisadiyyatı dirçəlməyə başladı

Tramp administrasiyasının rəsmiləri Aİ-nı ABŞ-ın tarifləri artırmasına hazırlaşmağa çağırdı

Qubadlıda üzümçülük təsərrüfatı ilə bağlı 840 minlik layihə

“Falcom” şirkəti 25000 manat cərimələnə bilər

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

İlon Maskın "OpenAI" maaş tənqidi - 1500 işçiyə 1.5 milyard dollar

Amerikada yeni nazirliyə DOGE adı verildi, suallar doğdu

Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək - SİYAHI

Türkiyə "Amazon"un "Twitch" platformasını böyük məbləğdə cərimələyib

Federal Ticarət Komissiyasından "Microsoft"a qarşı böyük araşdırma

Mikayıl Cabbarov "Cisco"nun baş vitse-prezidenti Meri de Vısotski ilə görüşdü

DGK “Alco” şirkətini inzibati məsuliyyətə cəlb edib

Gürcü fermerləri İran kivilərinin rekord idxalına görə narahatdır

Azərbaycanda bərpa olunan enerji stansiyaları üçün 2.8 mlrd. dollar investisiya planlaşdırılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin