Hökumət müdaxilə etdi, Çin iqtisadiyyatı dirçəlməyə başladı
Oktyabr ayında Çin iqtisadiyyatında elan edilən stimullaşdırıcı tədbirlərdən sonra daxili tələbatda canlanma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, Çin Milli Statistika Bürosu (UIB) 2024-cü ilin oktyabr ayı və ilin ilk 10 ayı üçün sənaye istehsalı, pərakəndə satış, əsas kapitala investisiyalar və işsizlik rəqəmlərindən ibarət məlumat dəstini açıqlayıb.
İstehlak ölçüsü hesab edilən pərakəndə satışlar oktyabr ayında illik 4,8 faiz artaraq sentyabr ayındaki 3,2 faiz artımı üstələyib. Daxili tələbatda artım fevral ayından bəri ən yüksək həddə çatıb.
Oktyabr ayı iqtisadi göstəriciləri istehlakda canlanmaya işarə etsə də, daşınmaz əmlak investisiyalarında davam edən azalmanın iqtisadi artıma mənfi təsiri davam edib.
İllik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,74 milyon dollar) çox olan sənaye müəssisələrinin istehsal məhsullarını hesablayan sənaye istehsalı oktyabr ayında illik bazda 5,3 faiz artaraq, sentyabr ayındaki 5,4 faiz artımın altında qalmasına baxmayaraq, yüksəliş sürətini qoruyub.
İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərclərini əhatə edən əsas kapitala investisiyalar 10 ayda illik 3,4 faiz artmış, 9 ayda artım tempini qoruyub saxlayıb.
Çində COVID-19 epidemiyası ilə başlayan daşınmaz əmlak sektoru və mənzil bazarında daralma son 3 ildə ölkədə iqtisadi artıma mənfi təsir göstərən amillərdəndir.
Daşınmaz əmlak investisiyaları 10 ayda yüzdə 10,3 azalaraq 9 ayda yüzdə 10,1 enişini davam etdirib. Hökumətin ipoteka faizlərini azaltmasından sonra, yeni ev satışları oktyabr ayında illik bazda 0,9 faiz artaraq, iyun ayından bəri ilk dəfə bərpa olunduğunu göstərir.
Şəhərlərdə sentyabr ayında 5,1 faiz olan ümumi işsizlik nisbəti oktyabr ayında yüzdə 5-ə geriləyob. Çin iqtisadiyyatı ilin 9 ayında 4,8 faiz böyüyərək, hökumətin ilin sonunda təxminən 5 faiz olan artım hədəfini tam yerinə yetirməyib.
Çində yerli hökumətlərin borc problemləri, daşınmaz əmlak sektorunun azalması, daxili tələbin zəifləməsi və qiymətlərdə deflyasiya meyli kimi xroniki problemlər iqtisadi artıma mənfi təsir göstərir.
İqtisadiyyatın idarə edilməsinə cavabdeh olan hökumət və qurumlar son həftələrdə illik artım hədəfindən geri qalan artımı canlandırmaq üçün bəzi tədbirləri açıqlayıblar.
Çin Mərkəzi Bankı, Milli İnkişaf və İslahat Komissiyası, Mənzil və Şəhər-Kənd İnkişafı Nazirliyi və Maliyyə Nazirliyi tənəzzülə uğrayan daşınmaz əmlak sektorunu canlandırmaq, borc problemlərini və yerli hökumətlərin maliyyə problemlərini həll etmək üçün mərhələli siyasət addımlarını açıqlayıb. Bu da istehlakçıların və investorların inamını artırır.
Təşviq tədbirlərinin iqtisadiyyata konkret təsirləri yenicə görünməyə başlayır. Bildirilib ki, emal sənayesində iqtisadi aktivlik oktyabr ayında 5 ayda ilk dəfə olaraq genişlənmə kursuna keçib. IIB məlumatlarına görə, istehsal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) oktyabr ayında 0,3 bənd artaraq 50,1-ə yüksəlib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay