BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
59317

Rusiya Dövlət Duması uşaqsız həyat tərzini təbliğ edənlərə qarşı cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsini ikinci və üçüncü oxunuşlarda qəbul edib.

Sentyabr ayında parlamentin hər iki palatasının spikerləri, Vyaçeslav Volodin və Valentina Matviyenko başda olmaqla, bir qrup deputat və senator tərəfindən təqdim olunan bu qanun layihəsi könüllü uşaqsızlığı təşviq edən ictimai təbliğatın qadağan edilməsinə yönəlib.

Valyuta.az "Rusiya İnformasiya Teleqraf Agentliyi"nə istinadən xəbər verir ki, yeni qanuna əsasən, könüllü olaraq uşaq sahibi olmamaq barədə təbliğat qeyri-ənənəvi cinsi münasibətləri və ya cinsi kimlik dəyişikliklərini təbliğ edənlər üçün nəzərdə tutulan cəzalarla eyni qaydada cəzalandırılacaq.

Layihə çərçivəsində vətəndaşlar üçün 100 min rubl (1,021 dollar), vəzifəli şəxslər üçün 200 min rubl (2,042 dollar), hüquqi şəxslər üçün isə bir milyon rubla (10,208 dollar) qədər cərimə və ya 90 günədək inzibati fəaliyyətin dayandırılması cəzası nəzərdə tutulur.

Bu təbliğat azyaşlılara ünvanlanarsa, cərimələr iki dəfə artırıla bilər. Media və ya internet vasitəsilə yayımlanan belə təbliğat üçün vətəndaşlar üçün cərimə 200 min rubl (2,042 dollar), vəzifəli şəxslər üçün 400 min rubl (4,084 dollar), hüquqi şəxslər üçün isə dörd milyon rubla (40,835 dollar) qədər ola bilər.

Könüllü uşaqsızlıq təbliğatının maksimum cəriməsi isə beş milyon rubl (51,044 dollar) olacaq və bu, azyaşlılara internet və ya media vasitəsilə ünvanlanan təbliğat üçün hüquqi şəxslərə tətbiq ediləcək. Bu halda, vətəndaşlar üçün cərimə 400 min rubl (4,084 dollar), vəzifəli şəxslər üçün isə 800 min rubl (8,167 dollar) olacaq.

Cari sanksiyalar xarici vətəndaşlara da şamil olunacaq. Uşaqsız həyat tərzini təbliğ edən xarici vətəndaşlar üçün cərimə 100 min rubla (1,020 dollar) qədər olacaq və onlara Rusiyadan inzibati deportasiya və ya 15 günədək həbs tədbiq edilə bilər. Əgər söhbət azyaşlılara internet və ya digər media vasitəsilə belə təbliğat ünvanlanmasından gedirsə, cərimə 200 min rubldan (2,041 dollar) 400 min rubla (4,084 dollar) qədər dəyişəcək və deportasiya tədbiri də nəzərdə tutulur.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin