Dünya
09.11.2024 / 17:15
Tramp Maska administrasiyasında vəzifə verəcək?
59199
“Donald Tramp administrasiyasında mənə vəzifə verərsə, ölkədə federal agentliklərin sayını azaltmağa çalışacağam”.
Valyuta.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask Taker Karlsonun onlayn şousunda danışarkən deyib.
Mask bildirib ki, o, ABŞ-nin yeni seçilmiş Prezidentinə hökumətin daha səmərəli fəaliyyəti üçün kömək etmək istəyir: “Bizim nəhəng bürokratiyamız var. Amerikanı yenidən inşa etmək istəyənlərə şərait yaratmalıyıq”.
Qeyd edək ki, Mask prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyərək sponsorluq edib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib.
©Qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay