Dünya
09.11.2024 / 09:24
Rusiyada miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək
59180
Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, müəyyən edilmiş halların yoxlanılması və nikahların məhkəmə qaydasında etibarsız hesab edilməsinə başlamaq üçün materiallar prokurorluğa göndərilir.
Nazirlik qanunun xarici vətəndaşlara miqrasiya statusu almaq üçün qondarma nikahdan və atalıqdan istifadə hallarının aradan qaldırılmasına yönəlmiş müddəalarını həyata keçirməyə hazırdır.
Qeyd edək ki, qanun 25 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay