ABŞ heç bir əsas olmadan 12 trilyon dollar qazanıb - Putin
"ABŞ son illərdə dolların qlobal valyuta rolunu oynaması sayəsində 12 trilyon dollar gəlir əldə edib."
Valyuta.Az "TASS Economy"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" Diskussiya Klubunun plenar iclasında çıxışında bildirib.
"Son on ildə ABŞ heç bir iqtisadi əsas olmadan, sadəcə dolların emissiyası və dövriyyəyə buraxılması yolu ilə 12 trilyon dollar əldə edib. Bu vəsaitlər, adətən, onların banklarına və maliyyə sisteminə yönəldilir və bu yolla qazanc əldə edirlər," - deyə Putin vurğulayıb.
Putin, ABŞ-ı əldə etdiyi dollarların bir hissəsini iqlim gündəliyinə ayırmağa çağırıb. "Əgər ətraf mühitlə bağlı vəziyyətdən bu qədər narahatsınızsa, o zaman 'göydən üstünüzə yağan' gəlirlərin bir hissəsini bölüşün," - deyə o əlavə edib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay