Əhalinin bir nəfərinə 9 min 102,9 manat ÜDM düşür
2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Valyuta.az rəsmi məlumatlar istinadən xəbər verir ki, bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 9 min 102,9 manata bərabər olub.İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artıb.
ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay