Mask yenidən dünyanın ən zəngini oldu - 290 milyard sərvət
İlon Maskın sərvəti son dəyişikliklərdən sonra 26,5 milyard dollar artıb.
Valyuta.az bu barədə “Bloomberg Billionaires Index”nə istinadən xəbər verir ki, Maskın sərvəti 26,5 milyard dollar artaraq 290 milyard dollara çatıb.
Bundan başqa Mask “YTD dəyişməsi”ndən* 61,3 milyard dollar qazanıb.
“Bloomberg Billionaires Index”in məlumatına görə, Mask yenidən dünyanın ən zəngin adamı adını alıb.
İkinci yerdə sərvəti 228 milyard dollar olan “Amazon” onlayn pərakəndə satış şirkətinin yaradıcısı Cef Bezos, üçüncü yerdə isə 202 milyard dollarlıq sərvət ilə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq dayanıb.
Əvəz Həsənov
*"YTD" (Year to Date) dəyişməsi, müəyyən bir maliyyə dövründə ilin əvvəli ilə indiki tarixə qədərki dəyişiklikləri göstərən bir göstəricidir. Yəni, bu, ilin başından bu vaxta qədər olan dəyişiklikləri ölçmək üçün istifadə olunur.
Məsələn, bir şirkətin satışları və ya maliyyə göstəricilərinin YTD dəyişməsi, ilin əvvəlindən bu günə qədər olan dövrdəki artım və ya azalma faizini göstərir.
YTD dəyişməsinin hesablanması üçün aşağıdakı addımlar izlənilə bilər:
Başlanğıc dəyəri: ilin başında (və ya nəzərdən keçirilən dövrün başlanğıcında) olan göstərici.
Cari dəyər: bu günə qədər olan (müəyyən bir tarixə qədər) dəyər.
Dəyişmə: cari dəyər ilə başlanğıc dəyəri arasındakı fərq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay