Yaponiya atom elektrik stansiyasının dayandırılma səbəbini açıqladı
Yaponoyanın Miyaqi prefekturasında oktyabrın 29-da yenidən işə salınan "Onaqava" Atom Elektrik Stansiyasının ikinci enerji blokunu yoxlama üçün dayandırdığını bildirib.
Valyuta.Az-ın "Tohoku Electric Power" operator şirkətinə istinadən verdiyi xəbərə əsasən noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib. Nəticədə stansiyanın operator şirkəti reaktoru bağlamaq qərarına gəlib.
Stansiya mütəxəssisləri tezliklə yoxlamaya başlayacaqlar. Onaqava atom elektrik stansiyasındakı ikinci reaktorun nə vaxt yenidən işə salınacağı barədə hələlik heç bir məlumat verilməyib.
İkinci "Onaqava" reaktoru da fövqəladə vəziyyətdə olan "Fukusima-1" atom elektrik stansiyasının enerji blokları kimi qaynar su tiplidir. Yaponiyada 2011-ci ildən bəri ilk dəfədir ki, bu tip reaktor yenidən işə salınır.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay