Türkiyənin bir ayda ixracı 20 milyard dolları keçdi - Rəsmi
"Oktyabr ayında Türkiyənin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 3,6% artaraq 23,6 milyard dolları çatıb. Qeydə alınan 800 milyon dollarlıq artım oktyabr ayı üçün rekord göstəricidir"
Valyuta.az xəbər verir ki, bu sözləri Türkiyənin Ticarət naziri Ömər Bolat TRT Haber telekanalına açıqlaması zamanı bildirib.
Nazir həmçinin qeyd edib ki, Türkiyə 2024-cü ilin ilk 10 ayında 216,4 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin ilk 10 ayı ilə müqayisədə 6.7 milyard dollar artıqdı.
Onun sözlərinə görə, bu ilin ilk 10 ayı ərzində Türkiyə 282 milyard dollar həcmində idxal həyata keçirib ki bu da keçən il ilə müqayisədə 7,2% və ya 22 milyard dollar azdır. Nəticədə, xarici ticarət kəsiri 28,6 milyard dollar səviyyəsinə enib ki, bu da rekord göstəricidir.
Qeyd edək ki, Türkiyə höküməti ötən ilin sonunda ölkənin ixrac həcmi 255,8 milyard dollar, idxal həcminin isə 361,8 milyard dollar təşkil etdiyini qeyd etmişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay