02.11.2024 / 14:06
"Fənərbaxça FK"-nun ümumi borcu 12 milyardı keçdi
58787
Fənərbaxça klubu audit yoxlaması həyata keçirib.
Valyuta.az xəbər verir ki, Kalamışda keçirilən Fənərbaxça Ali Şuranın İdarə Heyətinin iclasında çıxış edən Fənərbaxça Klubunun Müşahidə Şurasının üzvü Mehmet Vodina bildirib ki, audit 2023-cü il 1 iyun - 2024-cü il 31 may tarixlərini əhatə edib.
Vodina, klubun qısa müddətli öhdəliklərinin 6 milyard 860 milyon lirə(199.809.848 $), uzun müddətli öhdəliklərinin isə 5 milyard 711 milyon lirə (166.343.154,80$ ) olduğunu bildirərək, ümumi borcunu 12 milyard 571 milyon lirə (366.153.002,80 $) olaraq açıqladı.
Vodina, klubun gəlirlərinin 8 milyard 318 milyon lirə (242.276.722,40 $ ), xərclərinin isə 8 milyard 593 milyon lirə (250.286.592,40 $ ) olduğunu qeyd edib.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay