Dünya
31.10.2024 / 18:38
Norveç Ukraynaya 118,4 mln dollar məbləğində yardım ayırıb
58674
Norveç Ukraynanın Hərbi Hava Qüvvələrini dəstəkləmək məqsədi ilə Kiyevə 1,3 milyard kron (118,4 mln dollar) məbləğində yardım ayırıb.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.
Onun sözlərinə görə, ayrılan maliyyə vəsaiti F-16 qırıcılarını ehtiyat hissələri və silah almaq üçün xərclənəcək.
Nazir qeyd edib ki, Oslo Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artırmaqla yanaşı, Kiyevə 130 qayıq da təhvil verəcək.
Bu ilin iyulunda Norveçin baş naziri Yonas Qar Styore NATO-nun Vaşinqtonda keçirilən sammitində bildirmişdi ki, krallığın Ukraynaya verəcəyi altı F-16 qırıcısı 2024-cü ildə tədarük edilməyə başlanılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay