Macarıstan sentyabrda Ukrayna vasitəsilə 300 min ton neft alıb
Macarıstan və Slovakiya "Lukoil"un "Drujba" ilə nəql problemi həll edildikdən sonra Ukrayna vasitəsilə Rusiya neftinin idxalını bərpa edib.
Valyuta.az xəbər verir ki, "Kommersant"ın əldə etdiyi məlumata görə, Macarıstanın MOL şirkəti sentyabrda Macarıstan və Slovakiyadakı emal zavodlarına təxminən 300 min ton neft vurub.
MOL-a daxil olan neftin 90%-i Slovakiyadakı neft emalı zavoduna göndərilib. Qalanı isə Macarıstana çatdırılıb. Ümumilikdə, Rusiya şirkətləri Slovakiya və Macarıstandakı neft emalı zavodlarına sentyabr ayında təxminən 850 min ton göndərib.
Ukrayna Rusiya şirkətini sanksiyalar siyahısına əlavə etdikdən sonra Macarıstan və Slovakiya iyul ayında "Drujba" neft kəmərinin cənub qolundan "Lukoil" neftinin qəbulunu dayandırıblar. Daha sonra Rusiya neft şirkətləri tədarükləri əvəz edə bildilər və oktyabrda Budapeşt "Lukoil" neftinin idxalını bərpa etdiyini elan edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay