Yaponiyada qızılın qiyməti yeni maksimuma çatdı
Yaponiyada Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıqlar fonunda qızılın qiyməti tarixi maksimuma çatıb.
Valyuta.az xəbər verir ki, bu faktı treyderlərin məlumatları göstərir.
Ölkədə qiymətli metalların ən iri istehsalçılarından və satıcılarından biri olan Tanaka Kikinzoku şirkəti çərşənbə günü 1 qram qızılın pərakəndə satış qiymətini 15 104 yen (98,63 dollar) səviyyəsində müəyyən edib.
Yerli müşahidəçilərin fikrincə, Yaxın Şərqdə eskalasiya qorxuları şəraitində qızılın dəyəri artır, çünki o, nisbətən təhlükəsiz aktiv hesab olunur.
Qızılın qiymətinin artmasının digər səbəbi isə ABŞ Federal Ehtiyat Sistemi (ölkənin mərkəzi bankı funksiyasını yerinə yetirir) tərəfindən uçot dərəcəsinin endirilməsi gözləntiləridir ki, bu da ənənəvi olaraq qızılın qiymətini yüksəldir.
Bununla yanaşı, qiymətlərin yendə artmasına səbəb olan amillərdən biri də yapon milli valyutasının zəifləməsinin davam etməsidir. Çərşənbə səhəri Tokioda 1 dollar 153 yendən çox olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay