Rusiya Avropadan şərab idxalını son 20 ilin minimumuna endirdi
Avropa İttifaqından Rusiyaya şərab ixracı 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
2024-cü ilin ilk səkkiz ayında Aİ Rusiyaya 125,7 min ton şərab idxal edib ki, bu da 2023-cü illə müqayisədə 25% azdır. Aİ-dən idxal edilən şərabın həcmi yalnız 2004-cü ildə daha aşağı olub; həmin il yanvar-avqust dövründə Rusiya Aİ-dən cəmi 87 min ton şərab idxal etmişdi.
Bundan əvvəl İtaliya 2014-cü ildən sonra ilk dəfə Rusiyaya ən çox şərab satan Avropa ölkəsi olub. Yanvar ayının nəticələrinə görə, İtaliya Rusiyaya şərab ixracında 19,8 milyon avro ilə liderlik edib. Fevral ayında da İtaliya bu mövqeyini qoruyub saxlayıb və qışın son ayında Rusiyaya rekord məbləğdə – 27,3 milyon avroluq şərab tədarük edib.
2023-cü ildə Rusiya idxal edilən spirtli içkilərə ən çox maraq göstərən 10 ölkə arasında yer alıb. İlin sonunda Rusiya digər ölkələrdən ümumilikdə 2,2 milyard dollar dəyərində spirtli içki idxal edib. Bu məbləğin yarısı şərabın payına düşüb, bu da şərabın Rusiya idxalında ən çox tələb olunan içki olduğunu göstərir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay