Finlandiyada Rusiyaya məxsus əmlakla bağlı planlar açıqlandı
Finlandiya gələcəkdə Rusiyanın mülklərini müsadirə etməyə davam edə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə icraçılarının rəhbəri Aki Virtanen Yle portalına açıqlama verib.
Onun sözlərinə görə, Finlandiyada müsadirə edilməli olan Rusiya aktivlərinin ümumi dəyəri təxminən 38 milyon avro təşkil edir.
Ötən gün Finlandiya məhkəməsinin Helsinki şəhərində yerləşən Rusiya Elm və Mədəniyyət Mərkəzi və Rusiya Federasiyasına məxsus ən azı beş daşınmaz əmlak obyekti daxil olmaqla, 4 milyard avro dəyərində Rusiya aktivlərinə həbs qoyduğu bildirilmişdi.
Bundan əvvəl Rusiya Prezidenti Mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya öz maraqlarını qoruyacaq və xaricdə əmlakların müsadirəsini məhkəmə yolu ilə mübahisələndirəcək. Kreml nümayəndəsi ölkənin əmlakını qorumaq üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Niderlandda "Qazprom"un aktivlərinə həbs qoyulmuşdu.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay