BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8375
  • RUB
    0.0175
  • TRY
    0.0496
  • GBP
    2.2036
58523

Rusiyada işçi peşə sahiblərinin ciddi çatışmazlığı müşahidə olunur.

Valyuta.az xəbər verir ki, bu barədə RF Prezidenti Vladimir Putin Müstəqil Həmkarlar İttifaqları Federasiyasının qurultayında danışıb.

"Proqnozlara görə, yaxın vaxtlarda Rusiya iqtisadiyyatı - əmək bazarımız - yüksək işçi qüvvəsinə ehtiyac duyacaq və hətta kadr çatışmazlığı ilə üzləşəcək", - Putin bildirib.

O əlavə edib ki, kadr çatışmazlığı "obyektiv bir tendensiyadır" və buna "nəzər yetirilməlidir". "İqtisadiyyatın və sosial sferanın uzunmüddətli inkişafına dair sistemli addımların uyğun şəkildə planlaşdırılması" zəruridir” – o deyib.

Rusiya Mərkəzi Bankının məlumatlarına görə, Ukraynadakı müharibənin başlamasından sonra Rusiya iqtisadiyyatında kadr çatışmazlığı tarixi rekorda çatıb. Biznes sorğularına əsasən hesablanan işçi təminatı indeksi 2024-cü ilin ortalarında mənfi 30,8 bəndə düşüb.

Ümumilikdə, yalnız müharibəyə vətəndaşların göndərilməsi səbəbindən iqtisadiyyat bir milyon işçi itirib: 2022-ci ilin payızında 300 min nəfər səfərbər edilib, ötən il isə 500 min nəfər Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, cari ilin birinci yarısında isə daha 190 min nəfər cəlb olunub. Bundan əlavə, təxminən 1 milyon insan Rusiya tarixində 1920-ci illərdən bəri ən böyük siyasi emiqrasiya dalğasında ölkəni tərk edib.

Bu kişilərin çoxu müharibədə ölüb və ya ömürlük əlil olub. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin sentyabrına olan vəziyyətə əsasən, Rusiya ordusu Ukraynada 600 min itki (həlak olanlar və yaralananlar) verib. Bu rəqəmə, "Vaqner" kimi özəl hərbi şirkətlərdəki döyüşçülərin itkiləri daxil deyil, hansılar ki, çoxsaylı məhkumları müharibəyə cəlb edərək irəli atıb.

"Mediazona" və BBC 75 min Rusiya əsgərinin ölümünü təsdiqləyib. Məlumata görə, həlak olanların ən azı 43%-i müharibə başlamamışdan öncə hərbi xidmətlə əlaqəli olmayıb.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İqlim fəlakəti: 40 ildə Yer kürəsində quraqlıq üç dəfə artıb

"EYE" məhkəmə qarşısında

Gürcüstanın Aİ-yə qəbulu yenə "havada qaldı" - AK danışıqlardan imtina etdi - Təfərrüatlar

Rusiyanın "Google"a qarşı iddiasının məbləği şirkətin dəyərini üstələyəcək

Rusiyanın "Google"a qarşı iddiasının məbləği şirkətin dəyərini üstələyəcək

20 illik minimum - Rusiya Aİ-dən şərab idxalını rekord səviyyədə azaldıb

Britaniyada "meymunçiçəyi" virusunun yeni variantına rast gəlinib

Nazirlik 2,5 milyona hansı təhsil müəssisələrini təmir etdirəcək?

Cekson ölümündən sonra da milyonlar qazanır

"Bakı Pambıq Əyirmə" cərimələnə bilər

Qazaxıstan neft hasilatı proqnozunu 90,3 milyon tondan aşağı salacaq

Rusiya milyonlarla insanı müharibəyə göndərib, indi işçi çatışmır

Agentlik 337 min manatlıq camaşırxana xidməti alır

Sabah Sumqayıtın bəzi ərazilərində işıq kəsiləcək

Deputata məxsus şirkətdən maddi ziyan tələb edilir

Şirkət MKTB arasında nə baş verib?

Cef Bezos və Elon Maskın 90 dəqiqədə təbiətə vurduğu ziyan - Digər insanlarla müqayisə

Cef Bezos və Elon Maskın 90 dəqiqədə təbiətə vurduğu ziyan - Digər insanlarla müqayisə

Aviabiletlərin qiyməti kəskin bahalaşıb - Rəqəmlər

Aviabiletlərin qiyməti kəskin bahalaşıb - Rəqəmlər

Kənd təsərrüfatında orqanik gübrədən istifadəni necə artırmaq olar?

Azərbaycandakı etniklərlə bağlı 103 minlik layihə

Sənaye Parkına 10 milyonluq investisiya - 50-dən çox iş yeri açılacaq

Azərbaycan neftinin ən çox satıldığı ölkələr - TOP 5

İş çoxdur - Bəs niyə iş tapmaq bu qədər çətindir?

BYD-nin xalis mənfəəti artıb

Mürsəl Rüstəmov daha bir vəzifəyə TƏYİN OLUNDU

Bakı Apellyasiya Məhkəməsi fəhlə və xadimələr üçün uniforma alacaq - Biri 75 manata

"A-Qroup Sığorta”nın yığımları 1,7 milyon manatdan çox azalıb

"A-Qroup Sığorta”nın yığımları 1,7 milyon manatdan çox azalıb

Qlobal qızıl tələbi rekord həddə çatıb

Qlobal qızıl tələbi rekord həddə çatıb

Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər

Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdədir - 700-800 min manat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin