BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58492

McDonald's şirkəti bu gün səhər üçüncü rüb üçün $6,87 milyardlıq gəlir açıqlayıb ki, bu da keçən illə müqayisədə 3% artım göstərir və Wall Street-in $6,81 milyard proqnozunu üstələyir. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, düzəldilmiş hər səhm üzrə gəlir isə gözləntiləri üstələyərək $3,23 olub (təxminən $3,20 proqnoz edilirdi).

Şirkətin CEO-su Chris Kempczinski McDonald's-ın istehlakçıların xərclərə diqqət yetirdiyi bir dövrdə “sadə, gündəlik dəyər və əlçatanlığa” yönəldiyini bildirib. O, həmçinin, uzunmüddətli qlobal böyüməni təşviq etmək üçün strateji planlarının olduğunu vurğulayıb.

ABŞ-da eyni mağazalarda satışlar 0,3% artıb. Bu artım, $5-lıq yemək təklifi və rəqəmsal, çatdırılma sifarişlərinin artımı ilə dəstəklənib. Bununla belə, ümumi artım qonaq sayında cüzi azalma ilə kompensasiya olunub. Müqayisə üçün, ABŞ-dakı eyni mağaza satışları ikinci rübdə 0,7% azalmışdı ki, bu da son 16 rüb ərzində ilk dəfə ABŞ-da eyni mağaza satışlarında azalma idi.

III rüb nəticələrinə beynəlxalq bazarlar mənfi təsir göstərib və eyni mağaza satışları ildə 1,5% azalıb. Françayz əməliyyatlarda Yaxın Şərqdə davam edən müharibənin və Çindəki mənfi iqtisadi trendlərin təsiri ilə 3,5% satış azalması qeydə alıb.

Beynəlxalq mülkiyyətində olan əməliyyatlar üzrə isə eyni mağazalarda satışlar 2,1% düşüb, əsasən Fransa və Birləşmiş Krallıq daxil olmaqla bir sıra bazarlarda azalmalar müşahidə edilib.

Yayılan məlumatda E. Coli hadisəsi haqqında heç bir məlumat verilməsə də, Wall Street hazırda bu məsələyə diqqət yetirir. Üçüncü rüb 30 sentyabrda başa çatdığı üçün hadisənin təsiri dördüncü rüb nəticələrində görünəcək.

Şirkət Daxilində E. Coli Hadisəsi və Gələcək Strategiyalar

McDonald's səhmlərinə dair proqnozlar qarışıqdır. TD Cowen analitiki Andrew Charles, “qida təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliyi” qeyd edərək hadisəni mənfi təsir kimi dəyərləndirib. Bununla belə, şirkətin dekabrda McRib məhsulunu yenidən satışa çıxarması, yanvarda yeni dəyər platformasının tətbiqi və 2025-ci ilin may-iyun aylarında toyuq parçaları və ləvazimatlarının təqdimatı “optimistlər” üçün müsbət gözləntilər yaradır.

E. Coli yayılması nəticəsində indiyədək 75 nəfər yoluxub və 1 nəfər həyatını itirib. Şənbə günü McDonald's Colorado Kənd Təsərrüfatı Departamentinin kvartal-pounder köftələrinin yayılmanın mənbəyi olmadığını müəyyən etdiyini açıqlayaraq təzə mal əti köftələrinin yenidən bütün restoranlara çatdırılacağını bildirib. Yalnız soğanın potensial səbəb olduğu güman edilir, lakin Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) hələ araşdırmalara davam edir.

McDonald's-ın Şimali Amerika təchizat zənciri üzrə rəhbəri Cesar Pina, məsələnin “müəyyən bir inqrediyent və coğrafi ərazi ilə məhdudlaşdığını” bildirib və şirkətin Colorado Springs-dəki Taylor Farms müəssisəsindən soğan tədarükünü qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb. Burger King də ehtiyat tədbiri olaraq bəzi restoranlarında soğanı menyudan çıxarıb.

McDonald's-ın Üçüncü Rüb Üzrə Əsas Göstəriciləri (Bloomberg Konsensus Məlumatına Əsasən)

- Gəlir: $6,87 milyard (gözləntilər: $6,81 milyard)
- Düzəldilmiş hər səhm üzrə gəlir: $3,23 (gözləntilər: $3,20)
- Qlobal eyni mağaza satış artımı: -1,5% (gözləntilər: -0,67%)
- ABŞ eyni mağaza satış artımı: +0,3% (gözləntilər: +0,19%)
- Beynəlxalq mülkiyyətində olan eyni mağaza satış artımı: -2,1% (gözləntilər: -0,88%)
- Beynəlxalq françayz eyni mağaza satış artımı: -3,5% (gözləntilər: -1,44%)

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin