BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58481

Beynəlxalq Hesablaşmalar Bankı (BİS) transsərhəd ödənişlər üzrə pilot platformanın bağlanması məsələsini müzakirə edir. Vladimir Putin bu texnologiyanı sanksiyalardan yan keçmək və qlobal maliyyə sistemində dolları potensial olaraq sarsıtmaq üçün alət adlandırıb.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, Amerika banklarına güvənmədən bütün dünyaya pul göndərməyə imkan verməli olan "mBridge" layihəsi Mərkəzi Bankların və maliyyə idarələrinin rəhbərləri tərəfindən müzakirə edilib. Söhbət sistemin bağlanmasından gedirdi.

BİS-in baş direktoru Aqustin Karstens bəyan edib ki, onlar BRİCS üçün heç bir layihəni birbaşa dəstəkləyə bilməz, çünki sanksiyalara məruz qalan ölkələrlə işləyə bilməzlər.

ABŞ xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra sanksiyalar tətbiq etmək üçün dünyada maliyyə əməliyyatları üçün əsas kanal kimi dollardan getdikcə daha çox istifadə edir. Bu, ABŞ-ın müdaxiləsindən qorunacaq alternativlər tapmaq cəhdlərinə gətirib çıxarıb, baxmayaraq ki, dollar ticarətin əsas valyutası olaraq qalır və onun tezliklə dəyişməsi ehtimalı azdır.

"mBridge" platforması əvvəlcə Çin, Tayland, Honq-Konq və BƏƏ-nin mərkəzi bankları tərəfindən BİS İnnovasiya Mərkəzinin bir hissəsi kimi hazırlanıb və bu yaxınlarda minimum həyat qabiliyyətli məhsul mərhələsinə çatıb, yəni real dünyada sınaq üçün hazırdır.

BƏƏ-nin mərkəzi bankı bildirib ki, 50 milyon dirhəm (13,6 milyon dollar) dəyərində "rəqəmsal dirhəm"lə ilk transsərhəd ödəniş yanvar ayında mBridge vasitəsilə Çinə göndərilib. Çinin platformanın əsas texnoloji bazasını təmin etməsi Qərb siyasətçilərinin qorxularını artırır.

BRİCS sammitində Putin qrup üçün "mBridge" ilə müqayisə edilə bilən texnologiyaya əsaslanacaq “körpü” yaratmağı təklif edib. Onun sözlərinə görə, bu, onların iqtisadiyyatlarının ABŞ-ın nəzarəti altında olan maliyyə sistemindən müstəqil olmasına imkan verəcək.

"mBridge" layihəsinin bağlanmasının iştirakçı mərkəzi bankların texnologiyadan istifadəsini effektiv şəkildə dayandırıb-yaxdırmayacağı hələlik bəlli deyil.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin