Əcnəbilər Rusiyadakı bizneslərini sata bilmir
Əcnəbilər daha sərt qaydalara görə Rusiyadakı bizneslərini satmaq üçün müraciətlərini geri götürməyə başlayıblar.
Valyuta.az xəbər verir ki, bu barədə "Forbes" mənbələrə istinadən yazıb.
Qərb şirkətləri alıcılarla razılaşdırılmış, lakin Rusiya tənzimləyiciləri tərəfindən hələ nəzərdən keçirilməmiş və təsdiqlənməmiş sövdələşmələrdən kütləvi şəkildə imtina edirlər.
Bu davranış, əcnəbilər tərəfindən Rusiya Federasiyasında aktivləri satarkən minimum məcburi endirimin aktivlərin bazar dəyərinin 50%-dən 60%-ə qədər artması ilə əlaqədardır. Əməliyyatdan sonra büdcəyə könüllü töhfənin məbləği də artıb - 15%-dən 35%-ə çatır. Beləliklə, indi Rusiyada biznes satarkən Qərb şirkətləri, ən yaxşı halda, onun bazar dəyərinin yalnız 5%-ni ala biləcəklər.
Keçən həftə "Auchan"ın Rusiyadakı aktivlərini Rusiya Federasiyasındakı pərakəndə satışçılara sata biləcəyi bildirilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay