Dünya
29.10.2024 / 11:55
"Adidas"ın ən böyük səhmdarı payının böyük qismini satdı
58452
"Adidas"ın ən böyük səhmdarlarından biri olan Groupe Bruxelles Lambert (GBL), alman idman geyimləri şirkətindəki payını 3.51%-ə endirib.
Valyuta.Az xəbər verir ki, bu barədə məlumat "Adidas"ın baş ofisi tərəfindən çərşənbə axşamı təqdim edilən sənədlərdə açıqlanıb.
Milyarderlər Frere və Desmarais ailələrinin investisiya holdinqi olan GBL, iyulun 31-də öz payını 7.6%-dən 5.1%-ə endirdiyini elan etmişdi.
"Adidas" səhmləri ötən il güclü bir performans nümayiş etdirdi və 2024-cü ilin əvvəlindən etibarən 16% artıb.
GBL-in sözçüsü çərşənbə axşamı Reuters-ə göndərdiyi e-poçtda bildirib: “Bir sıra səhmləri satdıq, lakin şirkətə, onun idarəetməsinə və strategiyasına dəstəyimizi təsdiq edirik”.
Aydın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay