Putin iqtisadi problemlər və inflyasiyaya görə Qərbi günahlandırdı
Rusiyanın iqtisadiyyatında problemlər hələ də mövcuddur.
Valyuta.az xəbər verir ki, bu barədə prezident Vladimir Putin hökumət və Kreml administrasiyası ilə keçirdiyi toplantıda deyib. Onun sözlərinə görə, problemlər “çətin şərtlərdən” qaynaqlanır. Bunlara xarici sanksiyalar, struktur məhdudiyyətlər, işçi qüvvəsi və texnologiya çatışmazlığı, logistika məsələləri daxildir.
Putin qeyd edib ki, bu amillər inflyasiya səviyyəsinə təsir göstərir, 2023-cü ilin yayından bəri dörd dəfədən çox artan inflyasiya dördüncü ildir ki, Mərkəzi Bankın dördfaizlik hədəfini aşır.
Putin iqtisadi siyasətin müsbət meylləri davamlı etmək üçün vaxtında tənzimlənməsinin vacibliyini vurğulayıb. Toplantıda Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, maliyyə naziri Anton Siluanov, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Maksim Oreşkin də iştirak edib.
Rusiya Statistika Komitəsinin məlumatına görə, 21 oktyabr tarixinə illik inflyasiya 8,5%-ə çatıb, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 6,7%-dən təxminən dörddə bir qədər artıb. Rəsmi statistikaya əsasən, ilin əvvəlindən bəri kartofun qiyməti 50%, kərə yağı 23,4%, qoyun əti 21,1%, süd 11,8%, xama 11,9%, çörək isə 11,2% bahalaşıb. Mal əti 10,2%, alma isə 13,1% artım göstərib. Tikinti materiallarının və otel qiymətlərinin təxminən 20%, ictimai nəqliyyat xərclərinin isə 10%-dən çox artdığı müşahidə olunur.
Ötən ilin yayından bəri Rusiya Mərkəzi Bankı səkkiz dəfə əsas faizi artıraraq 21%-ə çatdırıb — bu, 2003-cü ildən bəri ən yüksək səviyyədir. Lakin inflyasiya gözləntilərin əksinə daha da yüksəlib. Başlanğıcda tənzimləyici ilin sonuna qədər inflyasiyanı 5-5,6% səviyyəsində gözləsə də, bu, əvvəlcə 6,5-7%-ə yüksəldilib, 26 oktyabr tarixində isə daha yüksək proqnoz təqdim edilib. Yeni proqnoza görə, ilin sonunda inflyasiya 8-8,5% təşkil edəcək və ötən ilin göstəricisi ilə müqayisədə (7,4%) daha da artacaq.
Nabiullina qiymət artımlarını məhdudlaşdırmaq üçün gələn il daha sərt pul-kredit siyasətinə ehtiyac duyulacağını vurğulayıb və əlavə edib ki, Mərkəzi Bankın faiz artırmada “sərhəd” görmür.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay