Avropa İttifaqı 1,5 illik müharibədə Rusiyanı maliyyələşdirib (SİYAHI)
Avropa İttifaqı ölkələri Rusiyadan yanacaq alaraq, onun Ukraynaya qarşı genişmiqyaslı müharibəsini maliyyələşdirir. Avropa ölkələrinin ödənişləri nəticəsində Rusiya ordusunun 1,5 il müddətində döyüş aparması üçün maliyyə təmin olunub.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ ölkələri Rusiyadan enerji asılılığını azaltmağa çalışsalar da, 2024-cü ilin 19 oktyabrına olan məlumata görə, Aİ-nin Rusiyadan enerji idxalı ümumilikdə 204 milyard avro təşkil edib. Müqayisə üçün, Rusiyanın müharibəyə gündəlik xərcləri təxminən 36,6 milyon avrodur.
Top Lead vizual kommunikasiya agentliyinin hazırladığı təqdimata görə, hər bir Aİ ölkəsinin Rusiyaya ödədiyi məbləğ göstərilib. Siyahıda ən çox məbləğ ödəyən ölkə Almaniyadır – 28,7 milyard avro, yəni bu məbləğlə 79 günlük döyüş maliyyələşdirilib. İkinci yerdə isə İtaliya gəlir – 19,3 milyard avro ilə 53 gün müharibə maliyyələşdirilib. Üçüncü sırada Niderlanddır – Amsterdam Rusiyadan 18,8 milyard avro dəyərində enerji daşıyıcıları alaraq 52 günlük döyüşün maliyyəsini ödəyib.
Ən çox ödəyən ilk beşliyə həmçinin Macarıstan və Fransa daxildir: müvafiq olaraq, 17,5 milyard və 15,8 milyard avro ödəyərək 48 və 44 günlük müharibə xərclərini təmin ediblər.
Ən çox ödəniş edən onluğa daxil olan digər ölkələr isə aşağıdakılardır:
- Belçika – 41 gün,
- Slovakiya – 32 gün,
- Yunanıstan – 31 gün,
- Polşa – 30 gün,
- İspaniya – 29 gün.
Keçən il Rusiya, Aİ-yə yanacaq satışı ilə 1 milyard avro qazanıb. Aİ-nin Rusiya neftinə tətbiq etdiyi qadağadakı boşluq Moskvanın yanacağının üçüncü ölkələrdəki neftayırma zavodları vasitəsilə blok daxilinə daxil olmasına imkan verib və təxminən 35 milyon barrel emal edilmiş yanacaq satılıb.
Rusiya hökuməti enerji daşıyıcılarının qiymətlərinin azalması və "Qazprom" üçün daha əlverişli vergi rejimi səbəbindən yaxın üç ildə neft-qaz gəlirlərində azalma gözləyir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay