BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58401

Beynəlxalq inkişaf və yardım təşkilatı "Oxfam"*, Dünya Bankının iqlim dəyişikliyi ilə mübarizə məqsədilə ayırdığı 41 milyard dollarlıq fondun aqibətinin naməlum olduğunu açıqlayıb. 

Valyuta.Az xəbər verir ki, "Oxfam" tərəfindən yayımlanan geniş hesabatda bu fondların harada və necə istifadə edildiyinə dair heç bir sənəd və ya qeyd olmadığı bildirilir. Qurum, bu vəziyyəti Dünya Bankının qeyri-kafi qeydiyyat və izləmə sistemlərinə bağlayaraq ciddi tənqid edib.

Dünya Bankının son yeddi ildə iqlim maliyyələşdirilməsi ilə bağlı ayırdığı məbləğin 40 faizini təşkil edən bu itmiş fondların, layihələrin təsdiqi zamanı qeydə alındığı, lakin layihələr başa çatdıqdan sonra xərclərin izlənilmədiyi üzə çıxıb. Bu vəziyyət iqlim maliyyələşdirilməsi sahəsində daha etibarlı və şəffaf bir sistemə ehtiyac olduğunu gündəmə gətirir.

Yoxa çıxan fondlar daha çox ola bilər

Dünya Bankında adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir şəxs, yoxa çıxan fondların göstəriləndən iki və ya on dəfə daha çox ola biləcəyini iddia edib. Bu çatışmazlıq Dünya Bankının ən böyük səhmdarı olan ABŞ-ın vergi ödəyiciləri üçün də əlavə maliyyə yükü yaradıb. ABŞ-ın bankdakı 16 faizlik payı səbəbindən, təxminən 4 milyard dollar zərərə uğradığı bildirilir.Eyni zamanda Türkiyə, Rusiya, Çin kimi müxtəlif ölkələrin də zərər çəkmiş ola biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Bu itkilərin dünya üzrə bir çox ölkəni maliyyə baxımından təsir altına salacağı, həmçinin iqlim böhranına qarşı ortaq mübarizə səylərinə də mənfi təsir göstərə biləcəyi ehtimal olunur. Bankın zəruri bir sistem qura bilməməsi dövlətlər arasında etimadsızlıq yaradır.

Dünya Bankı tənqidlərin mərkəzindədir

Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə üçün ayrılan fondların idarəsində əsas qurum kimi tanınır. Beynəlxalq inkişaf banklarının iqlim üçün ayırdığı maliyyənin 52 faizi Dünya Bankının nəzarətindədir. Lakin bu fondların izlənməsi və şəffaflığı ilə bağlı problemlər ciddi narahatlıq yaradır. Bu məsələnin, bu il Azərbaycanda keçiriləcək COP29 iqlim zirvəsində geniş müzakirəyə çıxarılacağı gözlənilir.

Qeydiyyat və hesabat çatışmazlıqları iqlim maliyyələşdirilməsi səylərinə olan inamı zəiflədir. Mütəxəssislər Dünya Bankının bu problemləri həll etmək üçün sistemini təkmilləşdirməli və maliyyə şəffaflığını artırmaq üçün yeni addımlar atmalı olduğunu vurğulayırlar.

Dünya Bankı "Oxfam"ın hesabatına cavab vermədi

"Oxfam" tərəfindən hazırlanan geniş hesabat və tənqidlərə baxmayaraq, Dünya Bankı tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.

Dünya Bankısından bu mühüm tənqidlərə diqqət yetirərək gələcəkdə daha şəffaf, izlənilə bilən və hesabatlı bir sistem qurması gözlənilir. İqlim böhranı ilə mübarizədə fondların səmərəli istifadə olunması böyük əhəmiyyət daşıyarkən, beynəlxalq ictimaiyyət bu cür çatışmazlıqların təkrarlanmaması üçün daha çox əməkdaşlıq və koordinasiya ehtiyacını vurğulayır.

Aydın

*"Oxfam" – 1942-ci ildə Böyük Britaniyada yaradılıb. İlk dəfə Oksford şəhərində "Oxford Committee for Famine Relief" adı altında təsis edilib. Təşkilatın məqsədi İkinci Dünya Müharibəsi zamanı Yunanıstanda aclıqdan əziyyət çəkən insanlara yardım göstərmək idi. Daha sonra qlobal səviyyədə fəaliyyətini genişləndirərək, yoxsulluq və sosial bərabərsizliklə mübarizə aparan beynəlxalq bir quruma çevrildi. "Oxfam" müxtəlif ölkələrdə iqtisadi və sosial layihələr həyata keçirir, həmçinin təbii fəlakətlər, müharibə və iqlim dəyişikliyi kimi fövqəladə hallarda yardımlar təşkil edir. Qurum, həmçinin siyasi və iqtisadi ədaləti təşviq edərək, davamlı və bərabər bir dünya qurmağa çalışdığını bildirir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin