Tramp və Harris “fiskal bomba” ilə bağlı xəbərdarlıq aldı
ABŞ-ın növbəti prezidenti ölkənin böyük federal borcu – “fiskal bomba” ilə qarşılaşacaq.
Valyuta.az “UnHerd”a istinadla xəbər verir ki, Baydenin yerinə gələcək şəxs, istər Tramp, istərsə də Kamala Harris olsun, gecikmiş bir fiskal problemlə üzləşəcək.
Nəşr vurğulayıb ki, hər iki namizədin dövlət borcunu azaltmaq üçün konkret bir planı yoxdur. ABŞ dövlət borcunu həll edə bilməsə, ölkə daxildə və xaricdə ciddi sarsıntılarla üzləşə bilər. Bundan əlavə, dövlət borcuyla mübarizə hər iki siyasi koalisiyanın daxilindəki fikir ayrılıqlarını da üzə çıxara bilər.
Oktyabrın əvvəlində ABŞ-ın maliyyə ilinin dəyişikliyi baş verib və bu, dövlət borcunun tarixdə ən yüksək səviyyəyə – 35,67 trilyon dollara çatması ilə nəticələnib.
ABŞ-da prezident seçkiləri 5 noyabr 2024-cü ildə keçiriləcək və seçicilər ölkənin 47-ci prezidentini müəyyən edəcəklər. Hazırkı prezident Co Bayden seçki yarışından çəkildiyi üçün Demokratlar Partiyasının namizədi vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasının namizədi isə ABŞ-ın 45-ci prezidenti Donald Tramp olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay