Boğaziçində gəmilərin hərəkəti dayandırıldı
Boğaziçində sıx duman səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi sosial şəbəkə X-də məlumat yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, bu qərar ehtiyat tədbiri olaraq qəbul edilib. Lakin boğazda Avropa və Asiya sahilləri arasında hərəkət edən bərələrin məhdudiyyətlərə tabe olub-olmadığı hələ məlum deyil.
16 oktyabr tarixində də Türkiyə Nəqliyyat Nazirliyi duman səbəbindən Boğazda gəmilərin hərəkətinin dayandırıldığını bildirmişdi və təxminən 100 gəmi növbə gözləyirdi.
12 oktyabrda isə Boğaziçində bir gəminin nasazlığı səbəbilə hər iki istiqamətdə hərəkət dayandırılmışdı.
3 oktyabr tarixində isə Boğaziçində iki yük gəmisi toqquşmuşdu. Togo bayrağı altında Batumidən Səudiyyə Ərəbistanına yola çıxan 80 metrlik "Ayed 1" gəmisi İspaniyadan Batumiyə gedən Panama bayrağı altında olan 180 metrlik "BUNUN ACE" gəmisi ilə toqquşmuşdu.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay