Dünya
27.10.2024 / 09:41
Belarusu Dünya Bankında təmsil edəcək ölkə dəyişdi
58321
Noyabrın 1-dən etibarən Rusiya Dünya Bankında (DB) Belarusun maraqlarını təmsil etməyə başlayacaq.
Valyuta.Az-ın məlumatına görə, bu barədə Dünya Bankının Rusiya üzrə icraçı direktoru Roman Marşavin bildirib.
Belarus indiyə qədər bankda Türkiyə-Belçika rəhbərliyi tərəfindən təmsil olunurdu, lakin Minskin təşəbbüsü ilə bu vəziyyət dəyişib.
2014-cü ildən bəri Rusiyanın Dünya Bankındakı nümayəndəliyi Suriyanın maraqlarını da təmsil edir.
Dünya Bankı 2022-ci ilin martında Qərbin tələbi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı Belarusdakı bütün proqramlarını dayandıracağını açıqlayıb və 2020-ci ilin ortalarından Minskin yeni kreditlər almasına icazə verməyib.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay