Nike, Starbucks və Boeing niyə əvvəlki cazibəsini itirib?
Bu günlərdə Amerika iqtisadiyyatının simvolu olan üç şirkət – "Starbucks", "Nike" və "Boeing" – eyni problem qarşısındadır. Hər birinin sükanı arxasında yeni bir CEO var və onların əsas məqsədi şirkəti yenidən köhnə şöhrətinə qaytarmaqdır. Lakin qarşıda bu üç lideri asan olmayan bir yol gözləyir.
Starbucks: Gəlirlərin Geri Qayıtması
Starbucks bu həftə yayımlanan ilkin maliyyə hesabatında ardıcıl üçüncü rübündə də satışların azaldığını açıqladı. Xüsusilə ABŞ-da satışlar 10%, Çində isə 14% düşüb. Şirkət ilk dəfə pandemiya dövründən bəri bu qədər aşağı tələblə üzləşir. Bu neqativ tendensiyaya qarşı yeni CEO Brian Niccol ilin qalan dövrü üçün maliyyə proqnozlarını təxirə salmaq qərarına gəlib ki, şirkəti bərpa planı üçün vaxt qazansın.
Niccol, menyuları sadələşdirmək, işçi heyətini gücləndirmək və bəzi əsas dəyişikliklər etmək istədiyini bildirib. "Biz böyüməyə qayıtmaq üçün strategiyamızı əsaslı şəkildə dəyişməliyik," deyə o vurğulayıb. Starbucks-ı bir vaxtlar sevdirən rahat və dostcasına kafe mühitini bərpa etmək isə onun əsas məqsədlərindəndir.
Nike: Yenidən "Sadəcə Et"
"Nike" də oxşar vəziyyətdədir. Bu il ərzində səhmləri təxminən 25% ucuzlaşıbb və gəliri son rübdə ötən ilə nisbətən 10% düşüb. Şirkətin yeni rəhbəri Elliott Hill strateji səhvləri düzəltmək və rəqabəti üstələmək üçün böyük gözləntilərlə vəzifəsinə başlayıb. "Nike"-ın yenilikçi dizaynlarla daha “cool” ayaqqabılar yaratmağa diqqət etməməsi və "Hoka" və "On" kimi gənc markaların güclənməsi şirkətin əsas problemləri arasındadır.
Hill artıq NBA və WNBA ilə 12 mövsümlük yeni müqavilə bağlayıb, "Nike" loqosunun peşəkar basketbol formalarında qalmasını təmin edib. İndi əsas vəzifəsi, "Nike" ayaqqabılarının cazibəsini yenidən artırmaqdır.
Boeing: Daimi Problemlərlə Mübarizə
"Boeing" isə daha çətin bir vəziyyətdədir. Kelly Ortberg-in avqust ayında CEO vəzifəsini qəbul etməsindən sonra, vəziyyət daha da pisləşib. Çərşənbə günü, artıq altı həftədir tətil edən birlik işçiləri "Boeing"-in təklifini qəbul etməyərək işə qayıtmaqdan imtina ediblər. Bu tətil "Boeing"-ə aylıq təxminən 1 milyard dollara başa gəlir. Eyni gündə "Boeing" üçüncü rübdə 6 milyard dollar ziyan açıqladı ki, bu da şirkətin tarixində ən böyük itkilərdən biridir.
Son illərdə iki aviaqəza ilə üzləşən "Boeing"-də idarəetmə problemləri və keyfiyyətə dair narahatlıqlar getdikcə artır. Təəssüf ki, şirkət keçmiş şöhrətini bərpa etməyə çalışsa da, uzun müddətdir davam edən bu problemlər hələ də həllini tapmayıb. Üstəlik, hal-hazırda tətil edən 33 000 işçi olmadan bu bərpa prosesini həyata keçirmək olduqca çətin görünür.
Bu üç şirkət ABŞ-da böyük bir keçmişə malikdir və onların yeni rəhbərləri bu ənənələri davam etdirmək üçün qarşıdakı çətinliklərə sinə gəlməyə çalışırlar.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay