BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.8348
  • RUB
    0.0177
  • TRY
    0.0496
  • GBP
    2.1982
58231

ABŞ-ın qazlı içki istehsalçısı "Keurig Dr Pepper" enerji içkisi istehsalçısı "Ghost"u 1 milyard dollardan çox qiymətə satın almaq üçün hərəkətə keçib.

Valyuta.az xəbər verir ki, "Keurig Dr Pepper" "Ghost" brendini 1 milyard dollardan çox qiymətə almaqla, enerji içkiləri biznesini genişləndirəcək.

Şirkət cümə axşamı bildirib ki, "Sour Patch Kids" və "Oreo" kimi şirin brendlərlə əməkdaşlıq etməklə, "Ghost"un enerji içkiləri "Keurig"ə daha gənc auditoriyaya müraciət etməyə imkan verərəcək. 

"Bu içkilər demək olar ki, universal istehlakçıların enerji və ayıqlıq ehtiyacını ödəyir, bu da vaxtımıza və diqqətimizə ciddi tələblərin olduğu bir dünyada getdikcə daha çox əhəmiyyət kəsb edir", deyə "Keurig"in baş direktoru Tim Cofer bildirib.

"Keurig" tərəfindən verilən açıqlamada "Ghost"un xalis satışlarının son üç ildə 4 qat artdığı bildirilib.

"Wall Street Journal"a görə, bu, "Keurig"in 2018-ci ildə "Dr Pepper Snapple Group"u təxminən 19 milyard dollara satın almasından bəri ən böyük sövdələşmədir.

Bu addım "Keurig"in enerji, idman və hazır içki brendlərinə genişlənməsi ilə də uyğunlaşır. Şirkət ilk olaraq 2022-ci ildə "C4 Energy"də pay alıb və sonra bu il enerji içkilərinin paylanması üçün "Black Rifle Coffee Company" ilə əməkdaşlıq edib.

Açıqlamaya görə, "Keurig Dr Pepper Inc." (KDP) "Ghost"u iki mərhələdə əldə edəcək, 2025-ci ilin əvvəlində şirkətin 60%-i üçün 990 milyon dollar ödəyəcək, 2028-ci ildə qalan payı alacaq. Razılaşmaya "Ghost"un idman qidası biznesi və enerji içkiləri bölməsi daxildir.

"Ghost"un həmtəsisçiləri Dan Lourenko və Rayan Hageslə əməliyyatlara rəhbərlik etməyə davam edəcəklər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" Çin bazarında "beşliy"ə qayıtdı - Nə qədər smartfon satılıb?

1 milyard dollarlıq sövdələşmə - Enerji içkisi nəhəngi satılır

"Mətanət-A" şirkəti ilə "İmpulse Soft" arasında nə baş verib?

Klaviaturadakı hərflər niyə əlifba sırası ilə düzülmür?

Məcburi auditdən yayınan şirkət cərimə olunur

Mərkəzi Bankdan "Metal Trade" şirkətinə ittiham

"ChatGPT" telefon fırıldaqçılığını ucuzlaşdırıb - Cəmi 0,75 dollara...

Mərkəzi Bank məsafədən kredit verilməsi ilə bağlı tənzimləmə aparacaq - Hansı problemlər var?

Qaraciyərə zərər verən su şirkətinə ağır cəza - 5,23 milyard dollar təzminat

Çin şirkəti 2027-ci ildə kosmosa səyahət üçün ilk biletləri satıb

Bu ölkə almaz almağa qərar verdi

Taxıl müqaviləsi uzadılacaq? - Kremldən açıqlama

Penitensiar Xidmət bu şirkətdən 3,8 milyonluq yumşaq inventar alır

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

"Oppo" "OnePlus"dan daha güclü planşet analoqunu təqdim etdi

"Google" senzurada ittiham olunur - Araşdırma başladı

Bakıda media qurumları ilə biznes mühiti müzakirə olundu (FOTO)

“Fintech” şirkəti “Finix” 75 milyon dollarlıq investisiya alıb

"A+CO" məhkəməlik oldu

Alman avtomobil nəhənginin gəlirləri Çinə görə çökdü - Rəqəmlər

"Viona Mebel"dən maddi ziyan tələb edilir

Azərbaycanda 224 milyon manatlıq elektrik enerjisi yoxa çıxıb

Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" 3000 manat cərimələnə bilər

Sabah paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Xaricdə işləyib geri qayıdan şəxslərə pensiya verilir?

Xam nefti hansı ölkələrdən və neçəyə alırıq? - Rəqəmlər

Xam nefti hansı ölkələrdən və neçəyə alırıq? - Rəqəmlər

Tuneldə ölən Elnur və Köçərinin ailəsinə hansı yardımlar düşür? - Açıqlama

Temperatur enəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin