Dünya
24.10.2024 / 19:58
Türkmənistan “Qazprom”a qaz tədarükünü dayandırdı - İF
58126
Türkmən qazının Qazproma tədarükü bu ilin ortalarında qarşılıqlı razılıq əsasında dayandırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə İnterfaks agentliyi Türkmənqaz sədr müavini Murad Arçayeva istinadən yazıb.
“Hazırda Rusiya istiqamətində təbii qaz tədarükümüz həyata keçirilmir. Bu ilin ortalarından etibarən. Bu, tərəflərin ümumi, qarşılıqlı razılığına əsasən baş verib”, - İnterfaks onun sözlərini sitat gətirir.
Altı ay ərzində tədarüklərin həcmi təxminən 2,5 milyard kubmetr ola bilərdi.
“Müzakirələr hələ davam edir, gələcək barədə proqnoz vermək çətindir”, - Arçayev tədarükün bərpası perspektivləri ilə bağlı suala cavab verərkən bildirib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay