Rusiya aktivləri hesabına Ukraynaya veriləcək 35 milyardın ödənmə müddəti açıqlandı
Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya veriləcək 35 milyard avro kreditin ödəniş müddəti 45 ilə qədər olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Gözlənilir ki, kredit 2024-cü ilin sonuna qədər Kiyevə təqdim ediləcək. Sənəddə qeyd olunub ki, bu kreditin ayrılması üçün borclanmalar Aİ büdcəsi tərəfindən təmin ediləcək.
Bəyanatda həmçinin bildirilir ki, Rusiyanın aktivlərinin müsadirə edilməsi nəticəsində əldə edilən vəsaitlərin 95%-i Avropa İttifaqının büdcəsinə daxil olacaq və Ukraynaya borclarını ödəməyə və xidmət etməyə kömək məqsədilə istifadə ediləcək. Qalan 5% isə Aİ-nin hərbi və müdafiə tədbirlərini maliyyələşdirən "Avropa Sülh Fondu"na yönəldiləcək.
Aİ Şurası həmçinin qeyd edib ki, Ukraynaya verilən kredit Ukrayna tərəfinin təqdim etdiyi islahat planı ilə əlaqələndiriləcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay