Ukrayna Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə endirə bilər: Ruslar bunu hiss edəcəklər
2025-ci il yanvarın 1-dən etibarən artıq Rusiya qazının Ukrayna üzərindən tranzitinə dair müqavilə qüvvədə olmayacaq və onun uzadılması planlaşdırılmır, baxmayaraq ki, bunun hələ də baş vermə ehtimalı var. Bu addım Rusiya qaz monopolisti "Qazprom"a ciddi zərbə vuracaq və şirkət, eləcə də Rusiya büdcəsi milyardlarla gəlir itirəcək.
Valyuta.az xəbər verir ki, Ukrayna QTS Operatorunun keçmiş baş direktoru Sergey Makoqon UNİAN-a verdiyi şərhdə qeyd edib ki, Ukrayna üzərindən qaz tranziti "Qazprom"un Aİ-yə ümumi ixracatının üçdə birini təşkil edir.
"Üçdə biri isə "Türk axını" vasitəsilə, sonuncu üçdə biri isə LNG təchizatıdır. Buna görə də Ukrayna üzərindən qaz tranzitinin itirilməsi "Qazprom" üçün çox ağır olacaq. Əgər Rusiya LNG-sinin və boru qazının Aİ-yə idxalına sanksiyalar tətbiq olunsa, onların mənfəəti ən azı 67% azala bilər. Bu, təkcə "Qazprom"a deyil, bütövlükdə Rusiya iqtisadiyyatına çox güclü zərbə olardı", - deyə Makoqon izah edib.
Onun sözlərinə görə, belə bir vəziyyət Rusiyada kaskad effekti yaradacaq - "Qazprom"un dividendlərinin itirilməsi səbəbindən büdcəyə daxilolmaların azalması, gömrük gəlirlərinin itirilməsi, hasilatın "ən azı 15 milyard kubmetr" azalması, qaz hasilatı vergisindən gəlirlərin azalması və "Qazprom"un kapital investisiyaları üçün imkanların azalması. O qeyd edib ki, nəticədə daxili istehlakçılar üçün qiymətlərin artırılması lazım gələcək ki, bu da kommunal ödənişlərin artması, inflyasiyanın yüksəlməsi nəticədə sosial narazılığa səbəb olacaq.
Eyni zamanda, Razumkov Mərkəzinin Enerji Proqramları Direktoru Vladimir Omelçenko hesablayıb ki, Ukrayna üzərindən qaz tranzitindən imtina nəticəsində "Qazprom" illik təxminən 6 milyard dollar gəlir itirəcək ki, bu da həm "Qazprom", həm də Rusiya üçün güclü zərbə olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay