Bill Qeytsdən Harrisə 50 milyon dollarlıq gizli ianə
Dünyanın ən zəngin adamlarından biri olan Bill Qeyts bu yaxınlarda vitse-prezident Kamala Harrisin prezident seçkilərini dəstəkləyən qeyri-kommersiya təşkilatına təxminən 50 milyon dollar bağışlayıb.
Valyuta.az xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, bu ianə gizli qalmalı idi.
Bildirilib ki, “Microsoft”un qurucularından biri olan Qeyts Harrisi açıq şəkildə dəstəkləməyib. Bu il dostları və başqaları ilə şəxsi söhbətlərində Qeyts Donald Trampın ikinci prezidentliyinin necə olacağı ilə bağlı narahatlığını ifadə edib. Lakin Qeytsin düşüncə tərzini bilən bir şəxsə görə, onun hər iki namizədlə işləyəcəyini təkid edib. Qeytsin xeyriyyə təşkilatı “Bill & Melinda Gates Foundation”-a yaxın iki şəxsin sözlərinə görə, o, Trampın seçiləcəyi təqdirdə ailə planlaması və qlobal sağlamlıq proqramlarında mümkün azalmalardan çox narahatdır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay