Dünya
23.10.2024 / 17:58
"Boeing" 6,2 milyard dollar zərər açıqladı
58079
"Boeing" şirkəti, üçüncü rübün maliyyə nəticələrini elan edərək, tətil edən işçilərin bu gün keçirəcəyi səsvermədən əvvəl şirkətin qarşılaşdığı qeyri-sabit vəziyyəti bir daha nümayiş etdirdi.
Şirkət, 6,17 milyard dollar xalis zərər etdiyini açıqladı və bununla da 2024-cü ildə indiyə qədərki ümumi zərərinin təxminən 8 milyard dollara çatdığını bildirdi.
Valyuta.Az "Boeing"-in hesabatına istinadla xəbər verir ki, əməliyyatlar nəticəsində yaranan nağd pul axını da mənfi olub və -1,345 milyard dollar təşkil edib.
Şirkət, keçən ilin eyni dövrü ilə müqayisədə gəlirinin təxminən 1% azalaraq 17,8 milyard dollar olduğunu açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay