Avropa Parlamenti Kiyevə 35 milyard avro kredit ayrılmasını təsdiqlədi
Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının (AK) Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən geri qaytarılmaqla 35 milyard avro məbləğində kredit ayırması üçün təklif etdiyi mexanizmi təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, görüş Avropa Parlamentinin saytında yayımlanıb.
Bildirilib ki, 518 avropalı deputat lehinə, 56 parlamentari əleyhinə səs verib, daha 61 deputat bitərəf qalıb.
“Bu yolla biz Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynanı maliyyələşdirmək üçün istifadə etdiyimizə dair aydın siqnal göndəririk”, - AP prezidenti Roberta Metsola bildirib.
Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra Ukraynaya 35 milyard avro ayrılması məsələsinə Aİ Şurası baxmalıdır və bunun bu həftənin sonuna qədər baş verməsi gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay