Dünyanın diqqəti Kazana yönəlib - BRİCS sammitində nələr olacaq?

Redaktor

22.10.2024 10:57
307

Dünyanın diqqəti Kazana yönəlib - BRİCS sammitində nələr olacaq?

Bu gün dünya ictimaiyyətinin diqqəti Kazana yönəlib. 

Valyuta.az xəbər verir ki, Tatarıstanın paytaxtında oktyabrın 22-dən 24-dək davam edəcək BRİCS ölkələrinin liderlərinin XVI sammiti başlayır. Bu tədbir Rusiya, Çin, Hindistan, Cənubi Afrika, Braziliya və digər ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm addım olacaq.

Sammitin əsas mövzusu “Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” adlanır. Ölkə liderləri dünya siyasətinin, iqtisadiyyatının və mədəniyyətinin aktual problemlərini müzakirə etmək üçün bir araya gələcəklər. Onlar həmçinin Rusiyanın bu il təşkilata sədrliyinə yekun vuracaq və gələcək üçün planları açıqlayacaqlar.

Sammitdə 36 ölkədən 20 minə yaxın nümayəndənin iştirakı gözlənilir ki, onlardan 22-si dövlət liderləri qismidnə təmsil olunacaq. Məhz burada BRICS iştirakçıları arasında əməkdaşlığın əsas məqamları nəzərdən keçiriləcək və təsdiq olunacaq.

Proqramın mühüm məqamlarından biri BRİCS-in “tərəfdaş dövlətlər” kateqoriyasının yaradılması olacaq ki, bu da təşkilatın genişlənməsinə gətirib çıxaracaq. BRİCS-ə hazırda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya daxildir.

Sammitin proqramına nümayəndə heyətləri başçılarının qarşılanma mərasimindən başlayaraq, plenar iclaslar və Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı ilə bitən bir sıra mühüm tədbirlər daxildir. Sammitin nəticələrinin BRİCS-in dünya miqyasında mövqeyini gücləndirəcəyi və iştirakçılar arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyi gözlənilir.

© Modern.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...