İsveçrə bankı "UBS Swisscard"ın 50%-ni "American Express"ə satır
Ən böyük İsveçrə bankı UBS, "Swisscard" kredit kartı operatorunun 50%-ni Amerikanın "American Express" ödəmə sisteminə satır.
Valyuta.az xəbər verir ki, əməliyyatın məbləği açıqlanmır.
Satışdan sonra əvvəllər "Credit Suisse" ilə birgə müəssisə vasitəsilə "Swisscard"ın 50%-nə sahib olan "American Express" İsveçrə kredit kartı operatorunun tam sahibi olacaq.
UBS ötən ilin mart ayında iflas ərəfəsində olan "Credit Suisse"ni təcili olaraq satın aldıqdan sonra "Swisscard"ın 50%-ni alıb. İndi "Swisscard" tərəfindən xidmət edilən bütün keçmiş "Credit Suisse" müştəriləri "American Express"ə keçəcəklər.
"Swisscard" özü "American Express", "Mastercard" və "Visa" ödəniş sistemlərindən istifadə etməklə kartların buraxılışını adi qaydada davam etdirəcək və həmçinin İsveçrədə "American Express" biznesini idarə etməyə davam edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay