BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57838

ABŞ Konqresindəki iki partiyalı koalisiya prezident Co Baydenin administrasiyasına Rusiyanın neft xidmətləri sektoruna qarşı sanksiyaları gücləndirməyi tələb edib.

Valyuta.az xəbər verir ki, bunu Financial Times (FT) yazır. Qanunvericilərin fikrincə, mövcud tədbirlər kifayət qədər effektiv deyil və böyük Amerika şirkəti SLB-nin (əvvəlki adı Schlumberger) Rusiya hərbi-sənaye kompleksini dəstəkləməsinə imkan verir.

Konqresmenlər, həmçinin Maliyyə Nazirliyindən və Dövlət Departamentindən SLB-nin ötən ilin avqustundan dekabrına qədər Rusiyaya 17,5 milyon dollar dəyərində avadanlıq idxal etməsinin necə mümkün olduğunu və bu əməliyyatların sanksiyaları pozub-pozmadığını izah etmələrini xahiş ediblər.

"Bu amerikalı şirkət Rusiya prezidentinin Vladimir Putinin hərbi maşınını dəstəkləyir, Ukraynaya qarşı barbarcasına bir işğalı maliyyələşdirir. Sizi, Putinin gəlirlərini effektiv şəkildə məhdudlaşdırmaq üçün daha sərt neft sanksiyaları tətbiq edərək, Ukraynalı müttəfiqlərimizi dəstəkləməyə davam etməyə çağırırıq", — deyə ABŞ dövlət katibi Entoni Blinken və maliyyə naziri Canet Yellenə ünvanlanan məktubda qeyd olunur. Müraciəti 50-dən çox Konqres üzvü imzalayıb.

Qanunvericilərin sualları FT-nin avqust ayında apardığı araşdırmadan sonra ortaya çıxıb, həmin araşdırmada SLB-nin Rusiyadakı fəaliyyətini genişləndirdiyi, qərb rəqibləri Baker Hughes, Halliburton və ABB-nin bazardan çıxmasından istifadə edərək, Ukraynaya qarşı sanksiyalara baxmayaraq, davam etdirdiyi bildirilib.

2023-cü ilin iyulunda SLB beynəlxalq məhdudiyyətlərin genişlənməsinə cavab olaraq, dünyadakı müəssisələrindən Rusiyaya məhsul və texnologiyaların tədarükünü dayandırdığını açıqlayıb. Lakin nəşr olunan sənədlər, başqa mənbələrdən idxal etməyə davam etdiyini göstərir. Belə ki, idxallar sanksiyalara qoşulmayan ölkələrdə həyata keçirilib: Çində 13 milyon dollar (ən bahalı məhsul — 1,3 milyon dollara çəkilmiş ağırlaşdırılmış qeyri-maqnitli qazma borusu daxil olmaqla) və Hindistanda 3 milyon dollar. Eyni zamanda, ümumi dəyəri 3,3 milyon dollar olan bəzi avadanlıqlar, oradan idxal edilsəydi, Avropa İttifaqı tərəfindən qara siyahıya alınardı.

Bundan əlavə, 2023-cü ilin dekabrında SLB Rusiya Elmi-Tədqiqat Geologiya Neft İnstitutu ilə neft və qaz yataqlarının işlənməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilə imzalayıb. O zamandan bəri, şirkətin yerli filialı, 9000 işçidən ibarət heyəti ilə 1300 yeni işçi (sürücülərdən kimyaçılara və geoloqlara qədər) işə götürmək üçün elanlar verib, - bunu FT araşdırıb.

2023-cü ilin yekunlarına görə, SLB Rusiyada 600 milyon dollar balans dəyərində xalis aktivlər saxlayır, yerli biznesdən qazancı 1.6 milyard dollar və ya 33.1 milyard dollar ümumi gəlirin 5% təşkil edib. Ukraynanın Korrupsiyanın Qarşısını Alma üzrə Milli Agentliyi SLB-ni "beynəlxalq müharibə sponsoru" siyahısına daxil edib. Lakin qərb siyasətçiləri, Rusiya neft xidmətləri şirkətlərinə qarşı geniş miqyaslı sanksiyalar tətbiq etməkdən çəkinirlər, çünki bu, ixracın dayandırılmasına və dünya neft qiymətlərinin artmasına səbəb ola bilər.

Demokratik Partiyanın Konqres üzvü Lloyd Doggett (Texas) bildirib ki, ABŞ və Avropa müttəfiqləri Rusiyada amerikalı şirkətlərə fəaliyyət göstərməyə icazə verərək "əsasən müharibənin iki tərəfini maliyyələşdirir". "Biz Putinin hərbi maşınını maliyyələşdirməyi dayandırmalıyıq ki, bu müharibəni qazanaq, ədalətli bir sülh təmin edək və ziyanı ödəyək", — o vurğulayıb.

Başqa bir Demokrat Konqres üzvü Cek Auçinklos (Massachusetts) deyib ki, amerikalı neft xidmətləri şirkətlərinin istifadə etdiyi sanksiya boşluqlarının bağlanması, Rusiyaya bu enerji resursunun ötürülməsinin qiymətini artıracaq, lakin dünya tədarükünü məhdudlaşdıracağı şübhəlidir. May ayında Dövlət Departamenti, SLB-nin "hələ ki" sanksiyaları pozmadığını və "məhdudiyyətlərin harada tətbiq edildiyini aydın başa düşdüyünü" bildirmişdi. Məktubda konqresmenlər soruşur ki, bu doğrudurmu və şirkət Rusiyada fəaliyyətini davam etdirmək üçün hansı qaydalardan istisna olunub.

Dövlət Departamentinin və SLB-nin nümayəndələri nəşrin şərh istəklərinə cavab verməyib. Xəzinə Nazirliyi bildirib ki, yenə də "Kremlin gəlirlərini azaltmaq və Rusiyanın hərbi maşınının fəaliyyətini çətinləşdirmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır". Nazirlik amerikalı şirkətlərə Rusiya Federasiyasına yeni sərmayələr qoymağın qadağan olduğunu xatırladıb və pozucuları cəzalandıracağına söz verib.

SLB ABŞ-da artıq cəzalandırılıb. 2015-ci ildə İranda və Sudanda ticarətə kömək etdiyi üçün 232 milyon dollar cərimə ödəməli olub. 2021-ci ildə SLB-nin amerikalı "qızı" Cameron International Corporation, Rusiya şirkəti "Qazprom neft şelf"ə Arktik dəniz neft layihəsi üzrə xidmətlər təqdim etməsi ilə yaranan pozuntulara görə 1,4 milyon dollar ödəyib.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin