21.10.2024 / 11:12
Spekulyantlar WTI və Brent üzrə xalis uzun mövqeləri azaltdılar
57836
Spekulyantlar 15 oktyabrda bitən həftə ərzində Amerika yüngül nefti WTI üzrə xalis uzun mövqelərin həcmini azaldıblar.
Valyuta.az xəbər verir ki, bu barədə cümə günü ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyasının (CFTC) dərc etdiyi məlumatlardan görünür.
Bu müddət ərzində Nyu York və London birjalarında WTI üzrə fyuçers və opsion kontraktlarının sayı 12.057 azalaraq 81.550-yə düşüb.
Məlumatlar NYMEX-dəki müqavilələri əhatə etmir, çünki CFTC həftəlik hesabatında bu barədə məlumat verməyib.
ICE məlumatlarına görə, Brent nefti üzrə net uzun mövqelər həmin dövrdə 28.486 azalaraq 136.522-ə enib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay