Üçüncü rübdə Çin ÜDM-i gözləniləndən daha yaxşı olub
Bu gün Çin Xalq Respublikasının Milli Statistika Bürosu üçüncü rübün yekunlarına əsasən ölkənin ÜDM-in dinamikası ilə bağlı məlumatları dərc edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 4,6% təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, "Reuters"in sorğusunda iştirak edən analitiklərin proqnozlarından 0,1% çoxdur, lakin ÜDM-in 4,7% artdığı ikinci rübün dinamikasından daha yavaşdır.
Üçüncü rübdə artımın əsas amilləri sənaye istehsalı (+5,8%), kənd təsərrüfatı (+3,7%) və xidmətlər sektoru (+4,7%) olub. Statistika idarəsinin məlumatında qeyd olunur ki, ilk üç rübdə çətin və sərt xarici şəraitdə, habelə daxili iqtisadi inkişafın yeni problemləri şəraitində bütün rayonlar və ölkə lideri Si Szinpinin rəhbərliyi altında Çin Kommunist Partiyasının və Dövlət Şurasının Mərkəzi Komitənin qəbul etdiyi qərarları ciddi şəkildə yerinə yetirilib.
Ekspertlər hazırda Çinin ilin sonuna kimi ÜDM-in 5%-lik artım hədəfinə nail olub-olmayacağı ilə bağlı müzakirələr aparır. CNBC "The Economist Intelligence Unit"in baş iqtisadçısı Tiançen Xudan sitat gətirib: "İlk üç rübdə real ÜDM-in 4,8% artması ilə, son iqtisadi stimullaşdırma tədbirləri ilə 5%-lik tam illik hədəfə çatmaq olar".
Oktyabrın əvvəlində "Nikkei" tərəfindən sorğu edilən Çin iqtisadçıları 2024-cü ilin sonunda Çin iqtisadiyyatının vəziyyəti ilə bağlı proqnozlarını dəyişdilər. Əgər iyulda onların ÜDM-in artımı ilə bağlı konsensus proqnozu 4,9% idisə, indi bu, 4,8% təşkil edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay