Dünya
18.10.2024 / 21:22
Ukraynanın Çinlə ticarət dövriyyəsi kəskin artdı
57707
Yanvar-sentyabr aylarında Ukrayna ilə Çin arasında ticarətin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,8% artaraq 6,34 milyard dollar təşkil edib.
Valyuta.az bu barədə TASS-a istinadla xəbər verir.
Doqquz ay ərzində Çin mallarının Ukrayna bazarına ixracı 35,1% artaraq 2,65 milyard dollara çatıb.
Üç rüb ərzində əks istiqamətdə tədarüklər daha az artıb - 12,3% artaraq 3,69 milyard dollara qədər Ukrayna əsasən qarğıdalı, günəbaxan və kolza yağı, arpa, mal əti, soya və digər ərzaq məhsulları, eləcə də dəmir filizi göndərir.
Bundan əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib ki, ilin sonunda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 200 milyard dollarlıq hədəfi keçəcək.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay