"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı
Avropa İttifaqının (Aİ) "X"sosial media platformasına qarşı mümkün cəriməsində İlon Maska məxsus digər şirkətlərin də gəlirlərini nəzərə ala biləcəyi və cərimənin ölçüsünün kifayət qədər yüksək ola biləcəyi iddia edilib.
Valyuta.az xəbər verir ki, Avropa mətbuatında yer alan xəbərə görə, Aİ qanunu pozduğu üçün "X"a tətbiq edəcəyi cərimənin məbləğini hesablayarkən Maskın bütün şirkətlərinin ümumi gəlirlərini nəzərə alacaq.
Aİ-nin Rəqəmsal Xidmətlər Aktına (DSA) əsasən, sosial media platformaları xidmətlərində qeyri-qanuni məzmuna və dezinformasiyaya görə məsuliyyət daşıyırlar. Bu sahələrdə tədbir görülməməsi şirkətin illik qlobal gəlirinin 6 faizinə qədər cərimə ilə nəticələnə bilər.
Aİ hazırda "X"ın risklərin idarə edilməsi, məzmunun moderasiyası, qaranlıq nümunələr, reklam şəffaflığı və tədqiqatçılar üçün məlumatların əldə edilməsi ilə əlaqəli sahələrdə Birlik qaydalarını pozub-pozmadığını araşdırır.
Aİ Komissiyası cəzaya gəldikdə, "X"in gəlirləri ilə yanaşı Maskın "SpaceX", "Neuralink", "xAI" və "Boring Company" kimi digər şirkətlərini də nəzərə almağı planlaşdırır.
"Tesla"nın gəlirləri bu hesablamaya daxil edilə bilməz, çünki o, açıq şirkətdir və Musk tərəfindən tam idarə olunmur.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay