Dünya
17.10.2024 / 20:23
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
57665
Niderland Ukraynaya artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayırmaq niyyətindədir.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Niderlandın baş naziri Dik Sxof “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, vəsait Danimarka, Niderland və Çexiyanın döyüş sursatı tədarükü ilə bağlı birgə təşəbbüsü çərçivəsində ayrılacaq.
"Niderland artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayıracaq. Bununla da biz 2025-ci ildə Ukraynaya sursat tədarükü ilə bağlı kömək edəcəyik", - Sxov əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay