Baydenin səfərinə görə Berlində nəqliyyatın hərəkəti iflic olacaq
ABŞ prezidenti Co Bayden bu gün axşam saatlarında Almaniyanın paytaxtına uçacaq.
Valyuta.az xəvər verir ki, səlahiyyətlilər cümə axşamı saat 15:00-dan günün sonuna qədər kütləvi nəqliyyat məhdudiyyətləri barədə əvvəlcədən xəbərdarlıq ediblər.
Avtomobil sürücülərinə şəhərin mərkəzindən, xüsusən Potsdamer Platz ərazilərindən, Bellevue prezident sarayından və Bundestaq ətrafındakı Spree sahilindəki hökumət məhəlləsindən qaçmaq tövsiyə olunur. Orada hətta su nəqliyyatı da dayandırılacaq. Yerli sakinlərdən evlərinə girmək və ya çıxmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq.
Şəhər mərkəzindən keçən bir çox şəhər-bahn (S-Bahn) qatarları ləğv ediləcək və ya azalacaq. Təsirə məruz qalan xətlər S1, S2, S25, S26, S3, S41, S42, S45, S46, S47, S5, S7, S75, S8, S85 və S9-dur. Eyni şey, marşrutları Bellevue Sarayı yaxınlığından keçən regional və uzun məsafəli qatarlara, metroya və avtobuslara da aiddir.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer cümə günü orada Co Baydeni qəbul edəcək.
Məxfilik səbəbindən Berlin polisi Baydenin iştirakı ilə tədbirlərin harada və nə vaxt keçiriləcəyi ilə bağlı dəqiq məlumat vermir. Onun harada gecələyəcəyi də dəqiq bilinmir. Əvvəllər ABŞ prezidenti Brandenburq darvazasının yaxınlığında yerləşən “Adlon” otelini seçib.
BILD-in məlumatına görə, Baydenin proqramına Holokostdan sağ çıxmış 102 yaşlı Margot Friedlander ilə ünsiyyət daxildir. Bellevue sarayındakı mərasimdən sonra Bayden kansler Olaf Şoltsun ofisinə gedəcək, orada Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Kir Starmerlə görüşəcək. ABŞ prezidenti cümə günü axşam Berlini tərk edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay