Türkiyədə faizlər yenə endirilmədi: Mərkəzi Bank inflyasiya təzyiqinin artdığını deyir
Türkiyə Mərkəzi Bankı ardıcıl yeddinci iclasda əsas faiz dərəcəsini dəyişməmək barədə qərar qəbul edib.
Valyuta.az xəbər verir ki, yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50 faiz səviyyəsində qalı.
Qərar Trading Economics analitiklərinin proqnozları ilə üst-üstə düşür.
Qeyd edək ki, Türkiyədə mart ayından etibarən borclanma xərcləri bu səviyyədə saxlanılır. Türkiyə Mərkəzi Bankı açıqlamasında üçüncü rübün sonunda baza inflyasiya tendensiyasının (ərzaq və enerji qiymətləri istisna olmaqla) artdığını və yaxın gələcəkdə istehlak qiymətlərində artımın gözlənilən yavaşlamasını şübhə altına aldığını bildirib.
Eyni zamanda əsas inflyasiya göstəricisi avqustda 52 faizdən sentyabrda 49,4 faizə enib və 2023-cü ilin iyul ayından minimumu yeniləyib. Türkiyə milli valyutasının məzənnəsi bu gün hərraclar zamanı az dəyişərək 1 dollar 34,1735 lirə bərabər olub. Ümumilikdə bu ilin əvvəlindən lirə 15,9 faiz ucuzlaşıb.
© Musavat.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay