Dünya
16.10.2024 / 18:47
Fransa İsrail şirkətlərinin ticarət sərgisində iştirakını qadağan edib
57576
Fransa gərginləşən mübahisələr fonunda İsrail firmalarına qarşıdan gələn hərbi dəniz ticarət sərgisində iştiraklarını qadağan edib.
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, Fransa Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, İsrail səfirliyi və eləcə 4-7 noyabr tarixləri arasında illik dəniz sərgisini təşkil edən “Euronaval” Reuters-in məsələ ilə bağlı sorğularına cavab verməyib.
Qeyd edək ki, Fransa bu ilin əvvəlində İsrail şirkətlərinə hərbi sərgidə iştirakını da qadağan etmişdi və Müdafiə Nazirliyi prezident Emmanuel Makronun İsraili Qəzzada əməliyyatlarını dayandırmağa çağırdığı bir vaxtda şirkətlərin bu kimi proseslərdə iştirak etməsi üçün şərtlərin artıq uyğun olmadığını bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay